...

ADDY obyektlərin payız təftişinin keçirilməsini başa çatdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2005 17:00 (UTC +04:00)

Azərbaycan Dövlət dəmir yolu (ADDY) idarəsi dəmiryol stansiyalarının payız təftişinin keçirilməsini başa çatdırır. Bu barədə Trend ə ADDY idarəsi mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Baş mühəndis Qurban Nəzərovun rəhbərliyi ilə aparılan təftiş Yalama nəzarət-buraxılış məntəqəsindən başlayıb və Yalama-Sumqayıt, Böyük Kəsik Qazıməmməd, Horadiz-Osmanlı, Əli Bayramlı-Ələt,Əli Bayramlı-Pirsaat-Biləcəri marşrutu ilə davam etdirilib. Xüsusilə işlərin həyata keçirildiyi zaman dəmiryol stansiyaları və dəmir yolları, avadanlıq, vaqonlar, elektrik təchizatı, kommunikasiya və s. yoxlanılıb.Təftiş nəticəsində işdə müxtəlif nöqsanlar müəyyən edilib və bunların ləğv edilməsinə dair göstərişlər verilib. Hazırda Bakı stansiyasında işlər davam etdirilir. Həmçinin Keşlə, Şirvan, Güzdək, Xırdalan stansiyalarına baxış nəzərdə tutulur.

ADDY idarəsi ildə iki dəfə (yaz-payız) təftiş keçirir.

Xəbər lenti

Xəbər lenti