...

ADDY 2006-cı ildə artırılmış həcmdə neft daşımalarına hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2005 17:40 (UTC +04:00)

Azərbaycan Dövlət dəmir yolu idarəsi (ADDY) 2006-cı ildə həm Azərbaycan, həm də tranzit neftinin artırılmış həcmdə daşınmasına hazırdır. Bu barədə Trend ə ADDY idarəsində bildirilib.

İdarə nümayəndəsinin sözlərinə görə, bu gün 2800 ədəd sistern tutumlu park ADDY idarəsinə həm Xəzəryanı ölkələrin tranzit neftini, həm də Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən xammalın bir hissəsini problemsiz nəql etməyə imkan verir.

"Tranzit xammalı həcminin kəskin artdığı təqdirdə biz MDB-nin sistern parkından istifadə edə bilərik, belə ki, bizdə parkın müştərək istifadə olunmasına dair saziş vardır" -deyə ADDY idarəsində qeyd olunub.

2006-cı ildə ADDY idarəsi yeni sisternlər almağı planlaşdırır.Bir neçə vaxt bundan öncə TRACECA proqramları çərçivəsində Avropa komissiyasının vəsaitinə ADDY idarəsi üçün $2 mln. məbləğində 102 yeni müasir sisternlər alınmışdı.

Xəbər lenti

Xəbər lenti