...

Yanvar-sentyabrda beynəlxalq təşkilatlara 20 milyard manata yaxın üzvlük haqqı ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2005 20:30 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan müxtəlif beynəlxalq təşkilatlara 19 milyard 975 milyon manat (4,3 milyon dollar) üzvlük haqqı ödəyib. Bu barədə Trend ə Maliyyə Nazirliyindən məlumat veriblib. Məlumata görə, bu vəsaitin 7,023 milyard manatı beynəlxalq maliyyə-kredit təşkilatlarına ödənilib. Bu təşkilatlar arasında ən çox üzvlük haqqı xərci Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və s. qurumlara çəkilib. Üzvlük haqqı ilə əlaqədar xərclərin 12,952 milyard manatı isə beynəlxalq ijtimai-siyasi təşkilatlara sərf edilib. Bu təşkilatlar arasında əsas üzvlük haqqı isə Avropa Şurası, UNESJO, ATƏT, UNİSEF, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Səhiyyə Təşkilatı, İslam Konfransı Təşkilatı və s. qurumlara ödənilib.

Xatırladaq ki, 2004-cü ildə Azərbaycan müxtəlif beynəlxalq təşkilatlara 6,6 milyon dollar üzvlük haqqı ödəmişdir. Bunun 3,2 milyon dolları beynəlxalq maliyyə-kredit təşkilatlarına, 3,4 milyon dolları isə beynəlxalq ictimai-siyasi təşkilatlara sərf edilib.

Xəbər lenti

Xəbər lenti