...

Azərbaycan prezidenti avtomobil yollarının tikintisi və təmiri üzrə tədbirlərə dair sərəncam imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2005 13:43 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev "Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Trend in məlumatına əsasən, sərəncamda qeyd olunur ki, bugünkü gündə Azərbaycanda sosial-iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində geniş miqyaslə tədbirlər həyata keçirilir. Avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpa edilməsi, yeniləşdirilməsi və inkişaf etdirilməsi bu tədbirlərin vacib tərkib hissəsidir.

Həmçinin qeyd olunur ki, yerli əhəmiyyətli və yerli icra hakimiyyəti orqanlarının balansında olan avtomobil yollarının vəziyyəti dinamik sosial-iqtisadi inkişafı və əhalinin tələbatını tam ödəmir.Yaranmış vəziyyəti sürətləndirən səbəblərdən biri kimi yol təsərrüfatının yol texnikası və digər əmlakla təchizatının lazımi səviyyədə olmamasıdır.

Avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və istifadəsinə dair işlərin gələcəkdə sürətli və səmərəli təmin edilməsi məqsədilə nazirlər kabinetinə 2006-2015-ci illərdə respublikanın avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişaf etdirilməsi Dövlət proqramı layihəsinin bir ay müddətində hazırlanması və prezidentə təqdim edilməsi tapşırılıb.

Eyni zamanda zəruri olan obyektlərin və yol texnikasının 2005-ci ilin monunadək inşa edilməsi və alınması, habelə şəhər və rayonlarda avtomobil yolları istismar idarələrinə verilməsi üçün 70 mlrd. manat vəsaitin AR nəqliyyat nazirliyinə ayrılması təmin edilsin.

2006-cı ildən başlayaraq avtomobil yollarının yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin AR Dövlət büdcəsindən nəzərdə tutulması təmin edilsin.

Bir ay müddətində avtomobil yollarının istismarı üzrə xərc normativlərini müəyyən edərək təsdiq etsin.

Həmçinin nəqliyat nazirliyinə tapşırılıb ki, inşa edilməsi və alınması zərouri olan obyektlərin və yol təsərrüfatı texnikasının siyahısını AR Nazirlər Kabinetinə təqdim etsin və razılaşdıraraq lazım olan işlərin görülməsini, hağelə müvafiq obyektlərin və texnikanın şəhər və rayonlarda avtomobil yolları istismarı idarələrinə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin etsin.

Xəbər lenti

Xəbər lenti