...

Bakı Fond Birjası qiymətli kağızlar bazarındakı fəallığı iri dövlət müəssisələrinin özəlləşdirilməsi ilə əlaqələndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2005 15:33 (UTC +04:00)

Bakı Fond Birjası vasitəsilə özəlləşdirilmiş müəssisələrin səhmlərinin ən azı 25% -i keçməlidir. BFB-nın sədri Eldar Qəriblinin Trend ə verdiyi məlumata görə, bu, ölkədə qiymətli kağızlar bazarının inkişafı istiqamətində yaxın fəaliyyətin mövzusu olacaq.

Onun sözlərinə görə, fond birjası artıq çoxdandır ki, bu iş üzərində çalışır. "Bu ideya artıq çoxdan mövcuddur və hökumətdə edilən kadr dəyişikliklərinin bu vəziyyətə müsbət təsir edəcəyinə ümid yaradır",- deyə E.Qəribli bildirib.

O hesab edir ki, bu gün belə inkişaf etmiş bazarla yalnız Qazaxıstan və Rusiyanı müqayisə etmək olar.Hazırda Azərbaycanda səhmləri listinqə düşmüş 8 şirkət mövcuddur və ümumilikdə ölkədəki fond bazarında əsas lokomotiv hesab olunurlar. Hələlik dövlət müəssisələrinin səhmləri birjada meydana çıxmayıb, səhmlərin dövriyyəsində bu gün sayca az olan özəl şirkətlər sıçrayış edə bilməzlər və buna görə də "biz onların özəlləşdirilməsini gözləyirik". Yalnız "blue chips"in meydana çıxmasından sonra onların ardınca digərləri də gələcək. Bunun üçün özəlləşmənin gələcək gedişi ilə bağlı olan təkan lazımdır.

"Ümumilikdə, bazarın vəziyyəti iqtisadiyyatın ümumi inkişafı ilə uyğundur. Fond bazarı ölkə iqtisadiyyatının ən həssas hissəsidir. Birjaya investisiya qoyan səhmdarlar dərhal səmərənin əldə olunmayacağını bilirlər və anlayırlar ki, onlar gəlirləri n cəlb edilməsi, biznesin inkişafı və ümumilikdə maliyyə bazarının inkişafı üçün uzunmüddətli investisiyalar qoyurlar"-deyə E.Qəribli bildirib.

Xəbər lenti

Xəbər lenti