...

Azərbaycan Dövlət statistika komitəsi hesabatların elektron əsasda pilot yığımına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2005 12:39 (UTC +04:00)

Azərbaycan Dövlət statistika komitəsi (ADSK) 2008-ci ilədək ölkənin statistika sisteminin inkişafı Dövlət proqramının yeni mərhələdə gerçəkləşdirilməsinə keçir. ADSK-nin sədri Arif Vəliyev Trend ə bildirib ki, proqram çərçivəsində artıq elektron əsasda ADSK-nin rengional şöbələrindən informasiya almaq imkanı təmin edilib.

"Biz həmçinin ADSK-nin yerli informasiya şəbəkəsinin yaradılması üzərində işləyirik ki, bu da texnoloji avadanlığın maliyyələşdirilməsi və seçilməsindən asılıdır. 2006-cı il ərzində Gəncə, Sumqayıt, Şəki, Bakı və ADSK-nin mərkəzi aparatının statistika orqanları arasında vahid şəbəkə yaradılacaq. Gələcəkdə bu şəbəkə bütün ölkədə genişləndiriləcək" -deyə A.Vəliyev bildirib.

ADSK həmçinin müəssisələrin statistik hesabatlarının elektron əsasda yığımına keçməyə hazırlaşır.

" 50 iri dövlət müəssisələri ilə artıq elektron formada statistik hesabatların aparılmasına dair saziş imzalanıb.İlkin mərhələdə elektroe hesabatlar ənənəvi olaraq kağız üzərində surəti çıxarılacaq, sonra isə yalnız elektron hesabat şəklində qəbul ediləcək. Perspektivdə bütün müəssisələr yeni hesabat formasına keçiriləcək" - A.Vəliyev bildirib.

Xəbər lenti

Xəbər lenti