...

Bankların ümumi kapitalının artım qrafiki 2006-cı ildə müəyyən ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2005 12:40 (UTC +04:00)

2006-cı il ərzində Azərbaycanın Milli Bankı fəaliyyət göstərən bankların ümumi katitalını 50 milyard manata ($10 mln) qədər çatdırılması üzrə mərhələli qrfaiki müəyyən etməyi planlaşdırır. Bu barədə Trend ə AMB-nın İdarə Heyəti sədrinin müavini Alim Quliyev məlumat verib. Milli Bankın bu tələbi banklar tərəfindən sonrakı 2 il (2006-07 -ci illərdə) yerinə yetirilməlidir.

Gələn ilin əvvəlindən bankların ümumi kapitalının minimum ölçüsü $5 miln təşkil edəcək. 2005-ci ilin 3 rübünün yekunlarına görə, Azərbaycanın 7 bankı normativlərlə müəyyən edilmiş səviyyədən aşağıdır. İlini əvvəlində belə bankların sayı 19 olub. Beləliklə, ümumi kapitalının həcmi 17,5 milrd manata qədər olan 7 bank mövcuddur ki, ölkədəki bankların ümumi bank kapitallarının cəmi 7 %-i onların payına düşür.

2004-cü il oktyabrın 1-də 27 (35,6%) , 2005-ci yanvarın 1-də 19 (24,5%) belə bank olub. Hesabat dövrünün yekunlarına görə 18,4 % (6 (13,7%) və 10 %(17,2%) payla 13 bank 17,5 mlrddan 25 mlrd manata qədər 25 mlrddan 50 mlrd manatadək 16 bank, 50 mlrd manatdan yuxarı 6 bank 41,5% (1 (18%) və 4 (30,6%) payla malik olub. Hazırda cəmisi 2006-cı ilin əvvəlinə görə normativ tələbləri yalnız yekun payla 22 bank yerinə yetirib.

Bankların kapitalının iki dəfə artırılması barədə qərar MB rəhbərliyinin qarşıdakı strateji vəzifələrin həlli üçün hazırki səviyyənin kifayət qədər olmadığını hesab etməsilə əlaqədardır. Məhz ölkəyə neftdən gələn gəlirlərin nəhəng axını, bu vəsaitlərin maliyyə bank sistemi vasitəsilə qeyri-neft seçkoruna səmərəli transformasiyası bak sisteminin kapitallaşdırılmasını vacib edir.

MB-ın analoji tələbləri yeni yaradılan banklara da aiddir. Belə ki, onlar yaradıldıqları anda Nizamnamə kapitalı $10 miln təşkil etməlidir. Yeni bankların kapitalına tələblər 2006-cı il yanvarın 1-dən 50 milyard manata qədər artırılacaq, hazırda isə belə planka 25 mlrd manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti