...

Azərbaycan mütəxəssisləri Daşkənddə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə yeni texnologiyalarla tanış olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2005 14:16 (UTC +04:00)

Daşkənddə keçirilən beynəlxalq konfransda Azərbaycan mütəxəssisləri kənd təsərrüfatı məhsullarının istehsalı üzrə yeni texnologiyaların təcrübəsi ilə tanış olub. Bu barədə Trend ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Quraq rayonlarda kənd təsərrüfatı araşdırmaları üzrə beynəlxalq mərkəz (International Center for Agricultural Research in the Dry Areas) tərəfindən təşkil olunmuş konfransda Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Aqrar Mərkəzinin və Elmlər Akademiyasının Eroziya institutunun mütəxəssisləri iştirak edib.

Nazirlikdən bildirilib ki, nümayəndələr Azərbaycanın aqrar sahəsində görülmüş işlər barədə məruzə ilə çıxış edərək konfrans iştirakçılarına həmin sahədə mövcud vəziyyət haqqında məlumat veriblər.

Konfrans zamanı kənd təsərrüfatı məhsullarının istehsalında texnologiyanın rolu, istehsalın həcminin artırılmasında yeni texnologiyaların tətbiqinin səmərəliliyi ilə bağlı məsələlər müzakirəyə çıxarılıb.

Xəbər lenti

Xəbər lenti