...

Azərbaycan kartof əkini üzrə keçirilən beynəlxalq konfransda iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2005 14:37 (UTC +04:00)

Azərbaycanın mütəxəssisləri kartof əkini üzrə keçirilən beynəlxalq konfransda iştirak edir. Kənd təsərrüfatı nazirliyinin elmi-aqrar mərkəzində Trend ə bildirilib ki, tədbir noyabrın 28-də Dehlidə öz işinə başlayır.

Kartofun virussuz toxumçuluğu üzrə keçirilən tədbirin təşkilatçısı Beynəlxalq Kartofçuluq Mərkəzidir. Tədbirdə AMEA tərəvəzçilik institutunun mütəxəssisləri iştirak edir.

"Azərbaycan tərəfi tədbir iştirakçılarını ölkədə kartofçuluq sahəsində aparılan nailiyyətlər və tədqiqatlar, eləcə də bu sahənin gələcəkdə genişləndirilməsi perspektivləri barədə məlumatlandırmaq niyyətindədir" -deyə dövlət strukturunda qeyd olunub.

Konfransda müzakirə ediləcək əsas məsələlər virus yayılmasının qarşısının alınması ilə kartof istehsalı həcminin artırılması, həmin sahədə yeni texnologiyaların tətbiqi, bu istiqamətdə müxtəlif ölkələrlə əməkdaşlıq və təcrübə mübadiləsi kimi məsələlərdir. Konfrans dekabrın 3-də öz işini başa çatdıracaq.

Xəbər lenti

Xəbər lenti