...

Azərdəmiryolbank ikinci tranş almaq üçün Almaniya-Azərbaycan Fonduna ərizə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2005 16:36 (UTC +04:00)

Azərdəmiryolbank səhmdar kommersiya bankı ikinci tranş almaq üçün Almaniya-Azərbaycan Fonduna (AAF) müraciət edib. Bu barədə Trend ə bankın idarə heyətinin sədri Roman Əmircanov bildirib. Ərizə birinci tranş - 500 min avro məbləğində vəsaitin ayrılması məqsədilə verilib. İlk tranş 2004-cü ilin sentyabrında bankın fonda qoşulmasından sonra verilmişdi.

Bu tranş Azərdəmiryolbanka və fondun digər tərəfdaş banklarına AAF-nun Almaniyanın KFW yenidənqurma bankından kredit almasından sonra ayrıla bilər. Bunun üçün 2004-2005-ci illərdə ölkəyə maliyyə və texniki yardımın göstərilməsini nəzərdə tutan hökumətlərarası sazişin imzalanması planlaşdırılır.

Almaniya hökuməti artıq bu sazişin layihəsini Azərbacan hökumətinə təqdim edib. Kiçik və orta sahibkarlığı dəstəkləmək məqsədilə AAF vasitəsilə qarışıq şərtlərlə 20 mln avro məbləğində kreditin ayrılması nəzərdə tutulub. İndiyədək AAF üçün güzəştli şərtlərlə vəsait ayrılıb və fondun revolver hesabındakı faizlər də nəzərə alınmaqla 8,7 mln avro məbləğində kredit resurslarının ümumi həcmindən 9,5 mln avro yığılıb.

Xəbər lenti

Xəbər lenti