...

Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi beynəlxalq konfransda iştirak etmək üçün Türkiyəyə yola düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2005 13:52 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi, nazirliyin elmi-aqrar mərkəzinin rəhbəri Əsəd Musayev "Toxum ticarəti"nə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün Türkiyəyə yola düşüb. Mərkəzdən Trend ə verilən məlumata görə, konfrans noyabrın 29-dan dekabrın 1-nə kimi davam edəcək.

Tədbir Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi və Quraq Rayonlarda Kənd Təsərrüfatı Araşdırmaları Beynəlxalq Mərkəzi (International Center for Agricultural Research in the Dry Areas) tərəfindən təşkil olunur.

Konfransda, xüsusilə Orta Asiya ölkələrinin aqrar sahələrinin mütəxəssisləri və iş adamları iştirak edəcək.

Forumda müxtəlif ölkələr arasında toxum ticarəti sahəsində əməkdaşlığın inkişafı, müəllif hüquqlarının müdafiəsi ilə bağlı məsələlər, həmçinin, qanunsuz ticarətin aradan qaldırılması yolları müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti