...

Azərbaycanda "quş qripi"nin mövcudluğunu müəyyən etmək üçün növbəti monitorinq başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2005 16:10 (UTC +04:00)

Noyabrın 28-dən Azərbaycanda "quş qripi"nin müəyyən edilməsi məqsədilə növbəti seromonitorinqin keçirilməsinə başlanılıb. Trend in məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin noyabrın 29-da yaydığı məlumatda bildirilir.

Sayca dördüncü seromonitorinqin keçirilməsi barədə qərar Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Ehtiyatlar Nazirliklərinin, Elmlər Akademiyasının Zoologiya İnstitutunun, Azərbaycanı Ovçular Cəmiyyətinin mütəxəssislərinin daxil olduğu Komissiya tərəfindən qəbul edilib.

Məlumatda hazırda mütəxəssislərin respublikanın regionlarında olduqları bildirilir. Monitorinqin nəticələri dekabrın sonlarında açıqlanacaq.

Bundan əlavə, bundan əvvəl keçirilən monitorinq tədbirləri ölkə ərazisində xəstəliiyin hər hansı əlamətlərini aşkar etməyib.

Bununla yanaşı, "quş qripi"nin qarşısının alınması üçün tədbirlər görülür. Həmin tədbirlərə sərhəd nəzarətinin gücləndirilməsi, ayda 2 dəfə müvafiq işlərin həyata keçirilməsi üçün broyler müəssisələrinin rəhbərlərinin toplantısı və s. daxildir.

Xəbər lenti

Xəbər lenti