...

2005-ci ildə Azərbaycanda pul kütləsi 16% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2005 13:30 (UTC +04:00)

Oktyabrda Azərbaycanda pul kütləsinin həcmi 5,5% azalsa da, 2005-ci il ərzində o, 16% artıb. Azərbaycan Milli Bankından Trend ə verilən məlumata görə, noyabrın 1-nə pul kütləsinin həcmi (M2) 2005-ci il oktyabrın 1-nə olan 4193,7 mlrd manata və yanvarın 1-nə olan 3418 mlrd manata qarşı 3963,9 mlrd manat təşkil edib.

Oktyabrda nağd vəsaitlərin (M0) miqdarı 6,3% azalıb, il ərzində isə artım 18,3% təşkil edib. Noyabrın 1-nə M0 göstəricisi 2005-ci il oktyabrın 1-nə olan 3016,4 mlrd manata və yanvarın 1-nə olan 2389 mlrd manata qarşı 2826,4 mlrd manat olub.

Oktyabrda nağdsız vəsaitlərin miqdarı 3,38% azalıb, il ərzində artım 10,53% təşkil edib. Noyabrın 1-nə bu vəsaitlərin miqdarı 2005-ci il oktyabrın 1-nə olan 1177,3 mlrd manata və yanvarın 1-nə olan 1029,1 mlrd manata qarşı 1137,5 mlrd manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti