...

"Azərbaycanın vergi sisteminin təkmilləşdirilməsi" layihəsi başa çatır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2005 15:00 (UTC +04:00)

2006-cı il yanvarın 1-dək AB-nin TACIS proqramının texniki yardımı çərçivəsində 2004-c2 ilin yanvarında başlamış "Azərbaycanın vergi sisteminin təkmilləşdirilməsi" layihəsinin gerçəkləşdirilməsi başa çatacaq. Vergilər nazirinin müavini Natiq Əmirov Trend ə bildirib ki, artıq yarımkomponentlər üzrə işlər başa çatdırılıb. Hazırda test variantları aparılır. Dekabrın sonunadək, testləşdirilmə başa çatdıqdan sonra sistem real şəbəkəyə buraxılacaq.

"Layihənin başa çatmasına baxmayaraq hələlik vergi sistemi mövcuddur, son illərdə layihə daim təkmilləşdiriləcək"-deyə N.Əmirov bildirib. Yeri gəlmişkən artıq 2007-ci ildə AR vergilər Nazirliyi AB-nin TACIS proqramının texniki yardımı çərçivəsində yeni layihə gerçəkləşdirməyi planlaşdırır.Həmin layihə Azərbaycanın vergi sisteminin inkişafına yönəldiləcək.

Bu beynəlxalq təşkilatla 2007-ci ildən etibarən yeni texniki yardım layihəsinin gerçəkləşdirilməsinin başlanmasına artıq ümumi razılıq əldə olunub.Amma əsas istiqamətləri hələlik müəyyən edilməyib.Amma 2006-cı ilin I rübünün sonunadək bununla bağlı, eləcə də yeni layihənin dəyəri və gerçəkləşdirilmə müddəti ilə bağlı razılaşma başa çatdırılmalıdır.

1,5 mln. avro dəyərində qüvvədə olan layihə iki hissədən ibarətdir və iki il üçün nəzərdə tutulub.Birinci hissə üzrə işlər 1,3 mln. avro olaraq qiymətləndirilir və vergi xidməti əməkdaşları üçün treninqlərin keçirilməsini, vergi uçotunun avtomatlaşdırılmış sisteminin təkmilləşdirilməsinə yardımı və vergiödəyicilərinin məlumatlandırılmasının artırılmasını nəzərdə tutur. Layihənin ikinci hissəsi büdcədə 200 min avro. təşkil edir və avadanlıq alınmasını nəzərdə tutur.

"Eyni zamanda bizdə "Elektron imza haqqında" Qanun vardır. Bu qanun çərçivəsində bu elektron imzanın həyata keçirilməsi prosedurası və digər şərtləri müəyyən edilib. Bu şərtlərin respublikada müvafiq orqanlar tərəfindən yerinə yetirilməsindən sonra elektron imzalarla paralel olaraq elektron bəyannamələrin tətbiqinə başlanılacaq"-deyə Natiq Əmirov qeyd edib.

Xəbər lenti

Xəbər lenti