...

Qara dəniz Ticarət və İnkişaf Bankı UniBank-a kredit xətti təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2005 16:02 (UTC +04:00)

UniBank və Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB) kredit xəttinin açılması barədə razılaşma imzalayıblar. Bu barədə UniBank-ın noyabrın 30-da yaydığı press-relizdə bildirilir.

QTİB tərəfindən müddətsiz dövredən kredit xətti banka ixrac-idxal əməliyyatlarını kreditləşdirilməsi məqsədilə ticarət maliyyələşməsi üçün təqdim olunur. Kredit xəttinin ümumi həcmi $3 mln təşkil edir.

"UniBank QTİB-dən ticarət maliyyələşməsi üçün kredit xətti alan Azərbaycanın ilk özəl bankıdır. Bu xətt QTİB-ə üzv olan ölkələrində ixrac-idxal əməliyyatlarının maliyyələşdiriməsi üçün istifadə olunacaq. Eyni zamanda razılaşma QTİB-ə daxil olmayan ölkələrin ixrac layihələrinin maliyyələşdirilməsində vəsaitin 50% -ə qədərindən istifadə etməyə imkan verəcək. Bu proqram ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyəti olan xarici ticarətin inkişafına imkan verəcək ", - deyə bankın İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib.

Qara dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq maliyyə instututudır. Onun təsisçilərinin tərkibinə 11 ölkə, o cümlədən Azərbaycan da daxildir. QTİB-nın fəaliyyəti iqtisadi inkişafın dəstəklənməsinə yönəlib. QTİB-in kapitalı $1,45 mlrd, 66 layihə üzrə ümumi portfeli $740 milyona bərabərdir.

Xəbər lenti

Xəbər lenti