...

Vergilər Nazirliyi KİV əməkdaşları üçün növbəti seminar-treninqini keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2005 17:25 (UTC +04:00)

Noyabrın 30-da Azərbaycanın Vergilər Nazirliyi öz tədris mərkəzində KİV əməkdaşları üçün "Vergiödəyicilərin hüquqları" mövzusunda növbəti seminar-treninqini keçirib. Bu barədə Trend məlumat verib. Tədbirdə Nazirliyin tədris mərkəzinin rəisi müavini Zahid Rzayev, tədris mərkəzinin kafedra müdirləri Sərhəd Qasımov, Tofiq Hümbətov və Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini Elman Vəliyev bildirib.

Seminarda "Vergiödəyiciləri və vergi agentləri", "Vergiödəyicilərin və vergi agentlərinin hüquq və funksiyaları" və digər mövzularda çıxışlar edilib. Nazirlik mütəmadi olaraq KİV nümayəndələri üçün belə seminar-treninqlər keçirir.

Xəbər lenti

Xəbər lenti