...

"Sahibkarların-işverənlərin korrupsiyaya qarşı mübarizədə rolu və onların ictimai birliklərdə rolunun gücləndirilməsi" layihəsi həyata keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2005 18:30 (UTC +04:00)

Avrasiya Fondunun Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Sahibkarları (İşverənlər) Təşkilatının Milli Konfederasiyası (STMK) "Sahibkarların-işverənlərin korrupsiyaya qarşı mübarizədə rolu və onların ictimai birliklərdə rolunun gücləndirilməsi" layihəsini həyata keçirir. Layihə bu təşkilatın və USAID-ın vəsaiti hesabına həyata keçirilir. Trend in məlumatına görə, bu barədə noyabrın 30-da keçirilən mətibuat konfransında məlumat verilib.

Məlumatda göstərilir ki, layihənin məqsədi sahibkarlar üçün zəruri şəraitin yaradılması, sahibkarların korrupsiya hallarının qarşısını almasıdır.

Layihə çərçivəsində həmçinin, Bakı, Gəncə, Əli Bayramlı və Mingəçevir sahibkarları üçün adıçəkilən şəraitlərin təhlilil üçün dəyirmi masaların və seminarların keçirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, bir sıra müəssisələrdə korrupsiya ilə mübarizə mədənifyyətinin formalaşması üçün bir sıra göroüşlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti