...

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması məsələsi ABŞ-da müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2005 20:56 (UTC +04:00)

"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması məsələsi noyabrın 30-da Vaşinqtonda ABŞ-Azərbaycan Əməkdaşlıq Komitəsinin görüşündə müzakirə olunub". Bu barədə Trend ə Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib.

Qeyd edək ki, görüşdə müzakirə olunan məsələlərdə maliyyə naziri Əvəz Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

ABŞ-ın Avrasiya ölkələri üzrə koordinatoru Tomas Adamsın rəhbərlik etdiyi qrup hər iki dövlətin makroiqtisadi vəziyyəti müzakirə edib. Görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması, antikorrupsiya üzrə strategiya, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, çirkli pulların yuyulması ilə mübarizə, neft gəlirlərindən istifadə məsələləri diqqət mərkəzində olub. Azərbaycan nümayəndə heyəti "Minilliyin çağırışı proqramı" ilə bağlı fikirlərini Amerika həmkarları ilə bölüşüb.

Xəbər lenti

Xəbər lenti