...

Kapitalbank ipoteka kreditləşdirilməsi proqramını hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2005 20:45 (UTC +04:00)

Dövlət bankı olan "Kapitalbank" ipoteka kreditləşdirilməsi proqramını hazırlamağa başlayıb. Trend bildirir ki, bu gün jurnalistlər üçün keçirilən brifinqdə bankın idarə heyətinin sədri Rauf Rzayev bu barədə bəyan edib. Onun sözlərinə görə, həmin proqram Azərbaycanda ipoteka işinin inkişafına dair hal-hazırda hökumətdə baxılan Dövlət proqramının qüvvəyə minməsindən sonra bankın fəaliyyətini müəyyən edir.

İpoteka investisiya fondundan ipoteka kreditləri verilməyə başladıqdan sonra bank öz proqramını təqdim edərək ehtiyatlar üçün müraciət edəcək. R.Rzayev hesab edir ki, ipoteka əhalinin orta təbəqəsinin mənzillə təmin edilməsinə yönəldilməlidir. Bununla bağlı olaraq belə kreditlər məqbul şərtlərlə 20-25 il müddətinə olmalıdır, faiz dərəcəsi isə inflyasiya səviyyəsindən aşağı olmalıdır.

Dövlət proqramının hələ təsdiq olunmasına baxmayaraq ölkənin Milli bankının son təkliflərinə əsasən ipoteka kreditlərinin şərtləri aşağıdakı kimi təklif edilib: 5 ilədək müddət və 18% illik faiz dərəcəsi. Bunlar adi bank şərtlərindən heç nə ilə fərqlənmir, hökumət işlənib-başa çatdırılmaq üçün AMB-nin təkliflərini özünə qaytarıb.

Xəbər lenti

Xəbər lenti