...

"TuranAlem" Bankı Milli Bankdan nümayəndəliyin açılması barədə icazə gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2005 15:08 (UTC +04:00)

Azərbaycanın Milli Bankı Qazaxıstanın "Turan Alem" Bankının Bakıda nümayəndəliyinin açılması ilə bağlı sənədlərin öyrənilməsini davam etdirir. AMB-dan Trend ə verilən məlumata görə, bu, "Banklar haqqında" Qanunla müəyyən olunmuş lisenziyalaşdırma və icazənin verilməsi proseduralarına uyğun gələn normal prosesdir.

Bununla yanaşı, bank ilin sonuna kimi "Turan Alğem" bankına icazənin verilə biləcəyini də istisna etməyib.

Bankın Bakıda nümayəndəliyinin rəsmi açılış mərasimi avqustda keçirilib. O, yaydv Azərbaycanın Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Qazaxıstan bankının Bakı nümayəndəliiyinin rəhbəri Aidə Sultanova da icazənin yubanmasının səbəblərini bilmir.

TAB-nın Azərbaycanda nümayəndəliyinin açılması bankın MDB-də öz mövcüudluğunu genişləndirmək strategiyüasından irəli gəlir. Hazırda TAB-nın Rusiyada, Belorusda, Ukrayna, Qırğızıstan, Gürcüstan, Ermənistan, Tacikistan və ÇXR-da nümayəndəlikləri var.

Nümayəndəlik Qazaxıstan bankının Azərbaycanda maraqlarını təmsil edəcək, bank sektorunu və maliyyə xidmətlərini öyrənəcək, yerli banklarla münasibətlərini inkişaf etdirəcək və bank xidmətləri göstərəcək.

Xəbər lenti

Xəbər lenti