...

Bakıda Azərbaycan və Rusiya dəmiryolu nümayəndələrinin görüşü nəzərdə tutulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2006 18:19 (UTC +04:00)

Yanvarın 6-da Bakıda Azərbaycan Dövlət Dəmiryolu (ADDY) və "Rusiya Dəmiryolları" Səhmdar Cəmiyyətinin nümayəndələrinin görüşü nəzərdə tutulub. Bu barədə Trend ə ADDY-dan məlumat verilib.

İdarənin nümayəndəsinin sözlərinə görə, tərəflər yük və sərnişin daşınmaları və buraxılış proseduralarının vəziyyətini müzakirə edəcəklər.

"Həmçinin, biz sərnişinlərin rahatlığını təmin etmək məqsədilə Rusiya tərəfinə bu cür proseduraları günorta keçirməyi təklif edirik", - deyə ADDY-nun nüiayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti