...

Masallıda quşların tələf olmasının səbəbi "quş qripi" olmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2006 20:25 (UTC +04:00)

Masallıda quşların tələf olmasının səbəbi "quş qripi" virusu olmayıb. Bunun səbəbi koxeksiya virusu infeksiyası nəticəsində quşların zəhərlənməsi olub. Trend bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, Masallı rayonunun Böyük Xocavar və Şərəfə kəndlərindən gətirilmiş ölü quşlar əsasında iki dəfə - dekabrın 20-də və yanvarın 5-də Xidmətin Laboratoriyasında test təhlilləri aparılıb.

"Müəyyən olunub ki, quşların tələf olma səbəbi "quş qripi" deyil" -deyə məlumatda qeyd olunur.

Eyni zamanda baytar mütəxəssislər təcili olaraq bu faktların müəyyən edildiyi yerə geib və tədqiqat nəticəsində bu xəstəliyin hər hansı bir əlaməti müəyyən edilməyib. Sonra materiallar Xidmətin Laboratoriyasına göndərilib və mənfi nəticələr alınıb.

Bundan başqa, məlumatda deyilir ki, hazırda Masallıda bütün profilaktik tədbirlər aparılır və əhali üçün narahatlığa heç bir əsas yoxdur.

Xəbər lenti

Xəbər lenti