...

ADDY yük və sərnişin daşınmasında tariflərin artırılmasında maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2006 14:55 (UTC +04:00)

Azərbaycan dövlət dəmir yolu idarəsi yük və sərnişin daşınmasında tariflərin artırılmasında maraqlıdır. Bu barədə Trend ə ADDY nümayəndəsi bildirib.

Onun sözlərinə görə, idarə artıq ölkənin nəqliyyat nazirliyinə qiymətlərin artırılması imkanı ilə bağlı təkliflərini təqdim edib.

ADDY-də hesab edilir ki, ölkədə neft məhsullarının bəzi növlərində, o cümlədən teplovozların işlədiyi dizel yanacağında tariflərin artırılması ilə bağlı olaraq dəmir yolu daşımalarında tariflərin artırılması zəruridir.

Onun sözlərinə görə, bu məsələnin müsbət həll edildiyi təqdirdə nəqliyyat Nazirliyi Tarif Şurasına müvafiq təkliflər göndərəcək.

ADDY-də həm də ilin birinci yarısı ərzində tariflərin artırılması məqsədəuyğun hesab edilir. Hələlik artımın səviyyəsi müəyyən edilməyib, belə ki, həmin məsələ razılaşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti