...

Azərbaycanda özəlləşdirmə başlayandan özəlləşdirmə çeklərinin ümumi miqdarının 44%-i hesabdan silinib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2006 14:13 (UTC +04:00)

Ölkədə özəlləşdirmə prosesinin başladığı vaxtdan, yəni 1997-ci ildən bu günə kimi 89 ixtisaslaşdırılmış çek hərracı keçirilib. Həmin hərracların yekunlarına görə, 466 səhmdar cəmiyyətin səhmlərinin müəyyən miqdarı reallaşdırılıb. Trend in Dövlət Əmlak Komitəsinə istinadən yaydığı məlumata görə, bu dövr ərzində 14 mln özəlləşdirmə çeki hesabdan silinib ki, bu da əhaliyə paylanılan çeklərin ümumi miqdarının 44%-ni təşkil edir.

2006-cı ildə ilk ixtisaslaşdırılmış çek hərracı (sayca 90-cı) fevralın 7-11-də keçiriləcək. Bu alqı-satqıya 10 səhmdar cəmiyyətin səhmləri çıxarılacaq. Onlardan yalnız bir müəssisə Bakıda, digərləri isə regionlarda (Kürdəmir, Salüan, Lənkəran, Əli Bayramlı, Xaçmaz, Tovuz, Tər-Tər və Şəmkirdə) yerləşir. Bu zaman 3 müəssisə inşaat sektorunu, 3-ü kənd təsərrüfatını, qalanları isə nəqliyyat, istehsalat və sənayeni əhatə edir.

Xəbər lenti

Xəbər lenti