...

Fevral ayında BMK "Azəriqazbank"a kredit xəttinin açılmasına dair qərar qəbul edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2006 14:27 (UTC +04:00)

Fevralın 15-dək Beynəlxalq maliyyə korporasiyası (BMK) tərəfindən "Azəriqazbank" səhmdar-kommersiya bankına növbəti kredit xəttinin açılmasına dair qərarın qəbul edilməsi gözlənilir. Bu barədə Trend ə bankın idarə heyətinin sədri Azər Mövsümov bildirib. Onun sözlərinə görə, bank BMK ilə 1998-ci ildən əməkdaşlıq edir, amma cəmi $1,6 mln. alınıb, bundan cəmi $1 mln. qalıb, qalan vəsait isə qaytarılıb.

BMK-nın Bakıdakı nümayəndəsi Aliyə Nuriyeva Trend ə bildirib ki, bir-ik ay ərzində korporasiya Azərbaycanın banklarından biri ilə bağlı qərar çıxarmaq istəyir, amma o bankın adını qeyd etməmişdi. Hazırda BMK-da kiçik və orta biznesin inkişafı üçün kredit almaq istəyən iki-üç bankla bağlı məsələyə baxılır.Amma korporasiya paket maliyyələşdirməsini təqdim etməyə hazırdır ki, bu "Azəriqazbank" üçün də mümkün olacaq. Çünki onun törəmə şirkəti olan AG Leasing Mərkəzi Asiya ölkələri və Azərbaycanda lizinqin inkişafı proqramında iştirak etmək üçün ərizə təqdim edib. Bu proqramın ümumi büdcəsi $30 mln. təşkil edir, bundan $5 mln. hələlik yalnız UniBank üçün ayrılıb. Hər bir halda BMK-nın şərtlərinə görə, kreditin ümumi həcmi bankların nizamnamə kapitalında 50%-i ötməməlidir, buna görə də Azəriqazbank NK-nın indiki həcminə əsasən $3 mln. həcmində kredit ala bilər.

Xəbər lenti

Xəbər lenti