...

Dünya Bankı və hökumət kənd təsərrüfatı layihəsinin ikinci mərhələsinə hazırlığa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2006 12:57 (UTC +04:00)

Azərbaycanda kənd təsərrüfatının inkişafı və kredit ayrılması uyğunlaşdırılmış proqramının ikinci mərhələsinə hazırlıq məqsədilə yanvarın 17-də Dünya Bankının kənd əraziləri üzrə baş iqtisadçısı Frauk Yunqblutun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gələcək. Bu barədə Trend ə bu beynəlxalq maliyyə institutunun Bakı nümayəndəliyindən məlumat verilib. Bank yeni layihənin işlənməsi və qiymətləndirilməsinə ötən ilin sonlarından başlayıb.

Bankın Azərbaycanla tərəfdaşlıq strategiyası çərçivəsində (2006-2009-cu illər) həyata keçirilməli olan layihənin komponentlərini müəyyən etmək məqsədilə artıq ölkə hökuməti ilə ilk müzakirələr aparılıb.

Birinci mərhələ DB-nın İcraçı Direktorları Şurası tərəfindən 1999-cu il iyunun 8-də təsdiqlənib və o zaman bank bu layihə üçün $30 mln ayırıb və əlavəç olaraq Azərbaycan hökumətinə $3,6 mln vəsait təqdim edib. Birinci mərhələ 4 il üçün nəzərdə tutulub və 2004-cü ilin birinci rübündə başa çatıb. Uzadıldıqdan sonra sonuncu müddət 2005-ci il mayın 1-nə, ikinci uzadılmadan sonra isə 2006-cı il iyunun sonlarına müəyyən edilib. Ümumi dəyəri $100 mln olan və 10 il üçün nəzərdə tutulan layihənin reallaşdırılmasının səmərəliliyi proqramın gələcək inkişafından asılı olacaq.

Xəbər lenti

Xəbər lenti