...

2005-ci ildə valyuta birjasında kredit sövdələşmələrinin ümumi həcmi 2,5% azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2006 14:53 (UTC +04:00)

2005-ci il ərzində Bakı Banklararası Valyuta Birjasının (BBIB) kredit bölməsində ümumi həcmi 53,343 mln. AZN olan 40 banklararası sövdələşmə qeydə alınıb ki, bu da 2004-cü il ilə müqayisədə 2,5% azdır. Birjadan Trend ə verilən məlumata görə, bu həcmin 82%-i ötən ilin sentyabrında BBIB -nin kredit bölməsində keçirilən Azərbaycan Milli Bankının mərkəzləşdirilmiş kredit hərracının payına düşür.

Sövdələşmələrin digər həcmi ticxarətin birja elektron sistemində fəaliyyət göstərən banklararası kredit bazarı tərəfindən təşkil olunmuş kredit bazarında qeydə alınıb və burada bankın verdiyi borcların həcmi ötən illə müqayisədə 25% artıb. Bu zaman borc vermələrin illik orta dərəcəsi 12,68% təşkil edib.

Xəbər lenti

Xəbər lenti