...

Azərbaycanda "quş qripi" virusunun aşkar edilməsi üzrə 8-ci monitorinq başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2006 16:00 (UTC +04:00)

Azərbaycanda "quş qripi" virusunun aşkar edilməsi üzrə 8-ci monitorinq başlanıb. Trend in xəbər verdiyi kimi, bu barədə yanvarın 17-də Kənd təsərrüfatı nazirliyində Dövlət Baytarlıq Xidmətinin rəhbəri İsmayıl Həsənov bildirib.

Monitorinq baytarlıq xidməti, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, o cümlədən Azərbaycan Ovçular Cəmiyyətinin mütəxəssislərindən ibarət xüsusi komissiya tərəfindən aparılır.

Onun sözlərinə görə, bu xəstəliyin yayılma şəraitini öyrənmək üçün mütəxəssislər müntəzəm olaraq bu virus faktının müşahidə olunduğu ölkələrə gedirlər. Azərbaycan virusoloqları İtaliya, Rusiya, Fransa, Türkiyə və digər ölkələrdə müvafiq treninqlər keçir. İ.Həsənov qeyd edib ki, DNT analizləri aparmaq üçün AR DNF-in ayırdığı vəsait hesabına $100 min məbləğində laboratoriya avadanlıqları alınıb. "Avadanlıqlar yanvarın 23-də quraşdırılacaq, yanvarın 25-də isə mütəxəssislər onun iş prinsipini öyrənəcək", - deyə o qeyd edib.

2005-ci ilin avqust ayından etibarən Azərbaycanın sərhəd-baytarlıq məntəqələri ölkənin sərhədlərində gücləndirilmiş nəzarət sisteminə keçib. Vəhşi quşların ovlanmasına, bu yaxınlarda isə bazarlarda diri quşların satışına qadağa qoyulub.

Xəbər lenti

Xəbər lenti