...

DB ikinci avtomobil magistralının inşası üçün krediti təqdir edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2006 16:24 (UTC +04:00)

Yanvarın 17-də Dünya bankının Direktorlar Şurasının iclasında ikinci avtomobil magistralının maliyyələşdirilməsinə kreditin təqdir edilməsi planlaşdırılır. Bu barədə Trend ə bankın Bakı nümayəndəliyindən məlumat verilib. Danışıqların yekunları üzrə baş nazirin müavini Abid Şərifov və nəqliyyat missiyasının rəhbəri Olivye Le Ber tərəfindən imzalanmış protokola əsasən, bank layihənin (Ələt-Masallı və Bakı-Şamaxı-Muğanlı) maliyyələşdirilməsinə $200 mln. ayıracaq.

Bu, ikinci avtomobil magistralı üçün birinci tranş olacaq. Hər iki layihəyə çatışmayan vəsaitlər isə ikinci kredit çərçivəsində ayrıla bilər. Belə yanaşma layihələrin reallaşdırılmasında gecikdirmələrə yol verilməməsi zəruriliyilə izah olunur. Digər tərəfdən, hökumət komissiyaya kreditin istifadə olunmamış hissəsindən vəsait ödəməyəcək.

Ələt-Masallı yolunun maliyyələşdirilməsi üçün bank təxminən$230-240 mln, Bakı-Şamaxı-Muğanlı yolunun maliyyələşdirilməsi üçün isə $100 mln ayırmağı planlaşdırır.

Avtomobil yolunun inşasına kreditin Beynəlxalq Yenidənqurma və İnkişaf bankının şərtləri ilə - 4 illik güzəşt dövrü və libor+0,5%-lə 20 il müddətinə ayrılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti