...

Beynəlxalq Valyuta Fondu Azərbaycana Stand-by proqramı çərçivəsində əməkdaşlığın yeni formasını təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2006 18:34 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan hökumətinə makroiqtisadi sabitliyə yardım üçün nəzərdə tutulan Stand-by proqramı üzrə gələcək əməkdaşlığı təklif etməyi planlaşdırır. Bu barədə jurnalistlərə BVF-nun Bakıdakı nümayəndəliyinin rəhbəri Bazel Zavoyko məlumat verib. Onun sözlərinə görə, bu məsələni Valyuta Fondu aprel ayında BVF-nun missiyasının Bakıya səfər zamanı qaldırmaq niyyətindədir.

Proqramın dəyəri o qədər də böyük olmyacaq, Lakin bu məsələ ilə bağlı da razılıq əldə edilməlidir. Əvvəlki proqramlardan fərqli olaraq, hökumətlə kredit ehtiyatlarından yalnız fövqəladə vəziyyətlərdə istifadə etmək barədə razılıq əldə olunacaq. Belə vəziyyətlərdən biri neftin qiymətinin kəskin düşməsi və bununla əlaqədar büdcə kəsirinin örtülməsi üçün vəsaitin tələb olunması ola bilər. Nümayəndəliyin rəhbərinin sözlərinə görə, kredit vəsaitləri Azərbaycan üçün ehtiyatda saxlanılacaq və əgər onlar istifadə olunmamış qalarsa, onda ölkə üçün vəsaitlər ödənilməyəcək.

Hökumətdən Trend ə verilən məlumata görə, ölkə Valyuta Fondu ilə yalnız məsloəhət yardımını və kreditsiz öhdəlikləri nəzərdə tutan ümumi proqramlar əsasında əməkdaşlıq etməyə üstünlük verir.

Xəbər lenti

Xəbər lenti