...

AZPROMO-nun himayəçilər Şurasında üzvlüyə məhdudiyyət ləğv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2006 20:23 (UTC +04:00)

Azərbaycanın investisiya və ixracın təşviqi fondunun (AZPROMO) Himayəçilər şurasının yanvarın 17-də keçirilmiş iclasının qərarı ilə himayəçilər Şurasına üzvlükdən məhdudiyyətlər götürülüb. Bu barədə Trend ə AZPROMO-nun bu gün yaradılmış Müşahidə şurasının (MŞ) sədri Çingiz Əsədullayev (Azəriqazbank MŞ-nın sədri, Milli Məclisin deputatı) bildirib. İndiyədək mümkün 55 üzvdən 53-ü vardı, amma bu gün daha 6 üzv qəbul edilib. Onun sözlərinə görə, MŞ-in tərkibinə 7 üzv daxildir.

"Mən ümid edirəm ki, fond iri ictimai təşkilatlardan biri olacaq və qanunvericilik aktları ekspertizası üçün cəlb edilməlidir" -deyə Ç.Əsədullayev bildirib. O, həm də fondun strukturunun institusional olaraq dəyişdirilməsi, normal maliyyələşdirilən struktur yaradılmasını təklif edir. Bunun üçün dövlət büdcəsindən vəsait alınması ilə yanaşı iclasda himayəçilər Şurasının üzvlərinə fondun bütün iştirakçıları üçün üzvlük haqlarının aparılması təklif edilib.

"Biz çevik struktur yaratmalıyıq və MŞ-nin nümayəndələri müxtəlif istiqamətlərə malik olmalıdır. Biz institusional olaraq fondun strukturunu dəyişdirməliyik" -deyə fondun MŞ rəhbəri qeyd edib.

Xəbər lenti

Xəbər lenti