...

2006-cı ildə Baku Steel Company istehsalın həcmini 25% artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2006 15:27 (UTC +04:00)

2006-cı ildə Baku Steel Company istehsalın həcmini 25% artırmağı planlaşdırır. Trend in xəbər verdiyi kimi, bu barədə yanvarın 18-də BSC rəhbəri Paolo Pərviz bildirib.

Onun sözlərinə görə, 2005-ci ildə istehsalın ümumi həcmi 330 min ton, fəaliyyətə başladığı 2001-ci ildə isə 125 min ton təşkil edib. 2006-cı ildə armatur istehsalının 400 min tona qədər artırılması planlaşdırılır.

Şirkət rəhbəri qeyd edib ki, fəaliyyətə başladığı ildən etibarən BSC istehsalata $76 mln sərmayə qoyub. 2005-ci ildə bu göstərici $7,5 mln təşkil edib.

"2006-cı ildə 11 mln sərmayənin qoyulması nəzərdə tutulub", - deyə P.Pərviz əlavə edib.

Bu gün ölkənin ikinci ən iri vergi ödəyicisi olan bu şirkətin istehsal gücü ildə 350 min ton, əməkdaşlarının sayı isə 2 min nəfərdən artıqdır.

Xəbər lenti

Xəbər lenti