Martın 15-16-da Bkaıda ATƏT-in üzv ölkələrinin nəqliyyat üzrə II hazırlıq konfransı keçiriləcək. Konfransda təşkilat ölkələrinin nəqliyyat sektorunda təhlükəsizlik, ekologiya və mövcud vəziyyətlə bağlı məsələləri müzakirə etmək nəzərdə tutulub. Bu barədə Trend ə TRACECA hökumətlərarası katiblikdən məlumat verilib.
Görüş çərçivəsində, həmçinin, ATƏT ölkələrinin nəqliyyat üzrə əsas konfransının keçirilmə yeri və vaxtı müəyyənləşdiriləcək.
Nəqliyyat üzrə birinci hazırlıq konfransı noyabrın 7-8-də Düşənbədə (Tacikistan) keçirilib. Bu konfransda TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev və ölkənin Nəqliyyat nazirliyinin nümayəndələri iştirak edib.