...

Azərbaycanda "quş qripi"nin müəyyən edilməsi ilə bağlı keçirilən növbəti monitorinq başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2006 15:45 (UTC +04:00)

Azərbaycanda "quş qripi"nin müəyyən edilməsi ilə bağlı keçirilən növbəti səkkizinci monitorinq başa çatıb. Kənd təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində "Trendu" bildirilib ki, toplanan nümunələr əsasında xidmətin laboratoriyasında hazırda təhlillər aparılır.

"Amma əldə olunan ilkin məlumatlara əsasən bu xəstəliyin əlamətləri aşkar edilməyib" -deyə Dövlət xidmətində qeyd olunub.

Monitorinq Masallı, Ağcabədi, Dəvəçi rayonları, Bakı i Abşeron yarımadası ərazisində aparılıb. İşlər Xidmətin, səhiyyə, ekologiya və təbii sərvətlər nazirliklərinin, eləcə də Azərbaycan Ovçular Birliyinin mütəxəssislərindən ibarət xüsusi Komissiya tərəfindən həyata keçirilir.

2005-ci ilin avqustundan ölkənin bütün sərhəd-baytarlıq məntəqələri, xüsusilə Naxçıvan MR ərazisində gücləndirilmiş nəzarətə keçib. Çöl quşlarının ovuna və bu yaxınlarda bazarlarda diri quşların satışına qadağa qoyulub. Həmçinin toyuq tərkibli dönərin satışına qadağa qoyulub.

Xəbər lenti

Xəbər lenti