...

Poti – Bakı – Aktau – Almata konteyner qatarı daşımaların həcmini ən azı 4,5 dəfə artırmağa imkan verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2006 16:03 (UTC +04:00)

Poti - Bakı - Aktau - Almata konteyner qatarının buraxılması Azərbaycan ərazisi ilə tranzit konteyner daşımalarının həcmini ən azı 4,5 dəfə artırmağa imkan verəcək. Bu barədə Trend ə TRACECA nəqliyyat dəhlizinin ofisində bildirilib.

Hazırda Bakı beynəlxalq dəniz ticarət limanı konteyner terminalı ilə ildə təxminən 300 konteyner keçir. Terminal ildə təxminən 25 min konteyner üçün nəzərdə tutulub. Yeni qatar 28 vaqondan ibarət olacaq, bunlardan hər biri 2 konteyner nəql etmək gücündədir. İlkin olaraq nəzərdə tutulur ki, bu, ayda iki dəfə işləyəcək. Beləliklə, il ərzində daşımaların minimum həcmi təxminən 1344 konteyner təşkil edəcək.

TRACECA-da qeyd olunub ki, hazırda Çin də bu layihədə iştirak etmək arzusunu bildirir. Bugünkü gündə bu ölkə planda yük olan əsas yerdir. Bu ölkə üçün Rusiya ərazisi ilə ildə təxminən 130 min konteyner nəql olunur ki, bu da ümumi həcmin yalnız bir hissəsidir.

Bu layihədə iştirak etmək arzusunu həm də Bolqarıstan bildirib, bu ölkə həmin layihəyə Qara dənizdəki Varna limanını qoşmaq niyyətindədir.

Ekspertlərin ilkin qiymətləndirməsinə görə, Çinin bu layihədə iştirakı illik konteyner daşımalarının həcmini 30 dəfə artırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti