...

Mart ayından başlayaraq TRACECA-nın iştirakçı ölkələri hökumətlərarası katibliyin işinin maliyyələşdirilməsinə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2006 16:20 (UTC +04:00)

2006-cı ilin mart ayından TRACECA nəqliyyat dəhlizinin iştirakçı ölkələri bu təşkilatın hökumətlərarası katibliyinin işinin maliyələşdirilməsi üçün vəsaitin köçürülməsinə başlayacaq. Bu barədə Trend ə təşkilatdan məlumat verilib.

Hökumətlərarası katibliyin xüsusi vəsait hesabına maliyyələşirilməsi haqqında qərar TRACECA hökumətlərarası komissiyasının 2005-ci ilin aprelində Bakıda keçirilmiş 4-cü iclasında qəbul olunub. Bu qərara əsasən, 12 iştirakçı ölkənin hər biri 50 min avro keçirməlidir.

Lakin bu məbləği ödəməyə gücü çatmayan üç ölkənin - Əfqanıstan (nəqliyyat dəhlizinə qoşulmaq haqqında sazişin təsdiqlənməsindən sonra), Tacikistan və Qırğızıstanın üzvlük haqqı Avropa Komissiyası tərəfindən keçiriləcək.

Hökumətlərarası komissiyanın fəaliyyət göstərməsi üçün ildə 600 000 avro lazımdır.

Xəbər lenti

Xəbər lenti