...

Bakı-Gürcüstan sərhədi magistralının tamamilə yenidən qurulması yük axınının artmasına imkan verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2006 17:15 (UTC +04:00)

TRACECA dəhlizi ilə avtomobil nəqliyyatı vasitəsilə yük axının artması Bakı-Gürcüstan sərhədi avtomobil magistralının yenidən qurulması layihələrinin başa çatmasından sonra baş verə bilər. Bu barədə Trend ə TRACECA-nın milli katibi Akif Mustafayev məlumat verib.

Artıq magistralın 503 km uzunluğunda olan hissəsi yenidən qurulub. 2004-cü ildə Ələt-Hacıqabul, 2005-ci ildə isə Gəncə-Şəmkir avtomobil yolunun yenidən qurulması başa çatıb. Hazırda Hacıqabul-Kürdəmir və Şəmkir-Qazax yolları yenidən qurulur. Magistralın tamamilə yenidən qurulması üçün Kürdəmir-Ucar-Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi yollarını bərpa etmək lazım gələcək.

TRACECA nümayəndəsinin qeyd etdiyi kimi, hazırda Gürcüstandan Azərbaycan ərazisinə tranzitlə Cornet-TIR zəmanət kitabçasından istifadə edən təxminən 10-15 yük maşını keçir. Buna səbəb Bakı- Gürcüstan sərhədi avtomobil magistralının bir hissəsinin texniki vəziyyəti tamamilə yararsızdır.

Polnaə rekonstruküiə maqistrali, kotoruö predpolaqaetsə zaverşitğ v teçenie dvux let, pozvolit uveliçitğ obcem perevozok v 4-5 raz.

İki il ərzində başa çatdırılması nəzərdə tutulan yenidənqurma işləri daşınmanın həcminin 4-5 dəfə artmasına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti