...

TASİS layihəsi çərçivəsində korporativ istiqrazların buraxılışı hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2006 18:01 (UTC +04:00)

2006-cı ildə Azərbaycanın fond bazarında planlı artım gözlənilir. Bu barədə Trend ə Bakı fond birjasının (BFB) prezidenti Anar Axundov bildirib. "2006-cı ildə mən ilk növbədə, dövlət kağız bazarının şəffaflığını gözləyirəm. Bazarın iştirakçıları bu bazarda öz əməliyatlarını planlaşdıra bilər" -deyə birja rəhbəri öz qənaətini bildirib. Üçüncü rübün sonundan başlayaraq notlar üzrə hərraclar hər çərşənbə günü keçirilir və bu. İştirakçılar üçün çox rahatdır, onlar öz maliyyə axınlarını planlaşdırır. Buna görə də tədavülün artırılması o qədər də vacib deyil. Dövlət qısamüddətli istiqrazları (QMİ) ilə bağlı böyük işlər aparılır. Dövlət kağız bazarında əməliyyatların tənzimlənməsi üçün AMB və maliyyə nazirliyinin nümayəndələrindən ibarət Əlaqələndirmə şurası yaradılıb. Bu ilin əvvəlində şura bir-birini tamamlaması və sərmayəçilər üçün maraqlı olması üçün AMB-nin not bazarında iştirakı və Maliyyə nazirliyinin QMİ bazarında emitent siyasəti qurması ilə bağlı olaraq mühüm qərar qəbul edəcək. Müsbət haldır ki, QMİ bzarında yeni sərmayəçilər görünməyə başlayıb. Hətta daha kiçik sərmayəçilərin də görünməyi yaxşıdır, çünki diversifikasiya baş verir və öncə olduğu kimi kağızlar bir-iki sərmayəçinin əlində cəmləşmir. Bu, A.Axundovun fikrincə, ikinci tədavülə də təsir edəcək.

O, hesab edir ki, 2006-cı ildə tədavüldə həmişə ümumilikdə 400 mlrd. manat həcmində dövlət kağızları olacaq, bunun 500 mlrd. manatadək çatdırılması da mümkündür. Hər şey AMB-nin monetar siyasətindən, inflyasiya proseslərindən, büdcə defisitindən asılıdır.

"Korporativ bazarda aksiya əməliyatları da artmaqdadır, amma biz keyfiyyətli artımı gözləyirik. Bununla bağlı olaraq portfel sərmayəçiləri cəlb etmək məqsədilə müəssisələri fond bazarına könüllü çıxarmaq üçün təkliflər hazırlayırıq. Artıq bəzi müəssisələrlə iş aparılır" -deyə A.Axundov qeyd edib. Bununla yanaşı, TASİS layihəsi çərçivəsində həmçinin müəssisələr tərəfindən korporativ istiqrazların buraxılışı ilə bağlı iş aparılır. 2005-ci ildə belə bir tələb olmuşdu, bunun nəticəsində müəssisələr və lizinq şirkətləri tərəfindən korporativ istiqrazlar buraxılıb.

Xəbər lenti

Xəbər lenti