...

2005-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda inflyasiya 9,6% təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2006 18:09 (UTC +04:00)

2005-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda istehlakçı inflyasiya 2004-cü ilin analoji dövrü ilə müqayisədə 9,6% təşkil edib. Bu barədə Trend ə Dövlət Statistika Komitəsindən məlumat verilib. 2004-cü ilin dekabrı ilə müqayisədə 2005-ci ilin dekabrında istehlak qiymətlərinin indeksi 5,4%, 2005-ci ilin noyabrında 2,2% təşkil edib. Hökumətin proqnozlarına görə, bir il ərzində inflyasiya 5%-ə qədər təşkil etməlidir.

Ötən il ərzində topdansatış sənaye qiymətlərinin indeksində artım yanvar-dekabrda 18,6%, 2004-cü ilin dekabrında 10,8% artıb. Dekabrda topdansatış qiymətlər 2005-ci ilin noyabrındakı səviyyəyə görə 0,1% aşağı düşüb. Bir ildə onların artımı 3% proqnozlaşdırılıb.

Yanvar-dekabrda kənd təsərrüfatı məhsullarının qiymətləri 2004-cü ilin yanvar-dekabrı ilə müqayisədə 12,3% və ötən ilin dekabrında 2,2% artıb. Dekabrda 2005-ci ilin noyabrındakı səviyyəyə görə 2,4% aşağı düşüb. Ötən il üzrə pul emissiyaları ilə bağlı məlumatlar təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti