...

Azərbaycan-Rusiya iqtisadi biznes-forumu fevralın 22-24-nə planlaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2006 17:08 (UTC +04:00)

"Rusiya və Azərbaycan: strateji tərəfdaşlıq" biznes-iqtisadi forumunun ilkin proqramı ötən şənbə Azərbaycan-Rusiya iqtisadi forumunun keçirilməsi üzrə təşkilat Komitəsinin toplantısında müzakirə edilib. Bu barədə Trend ə hökumətdə bildirilib.

İlkin məlumatlara görə, tədbir üç gün (2006-cı il fevralın 22-dən 24-dək) keçiriləcək, bununla belə günlərin sayının azaldılması imkanı nəzərdən keçirilir. Bundan başqa, proqramda bir sıra məsələlərin birləşdirilməsi nəzərdə tutulur.Biznes-forumda ölkələrin əməkdaşlığı üçün ikitərəfli imkanlar, investisiya layihələri, sahələrin inkişafı ilə bağlı geniş məlumat təqdim ediləcək, sahibkarların dəyirmi masa arxasında ayrıca görüşləri keçiriləcək.

Biznes-forumun təşkilatçıları Azərbaycan-Rusiya işgüzar əməkdaşlıq palatası, Ümumrusiya Azərbaycan konqresi və AR iqtisadi inkişaf Nazirliyidir. Gələn həftə proqram maraqlı tərəflərlə tamamilə razılaşdırılmalıdır. Biznes-forumun işində təqribən 400 qonaq iştirak edəcək. Bu tədbir Azərbaycanda Rusiya ili çərçivəsində, həm də RF prezidentinin Azərbaycana səfəri həmin ərəfədə həyata keçirildiyi üçün onun da burada iştirakı istisna edilmir.

Xəbər lenti

Xəbər lenti