...

Vergilər Nazirliyi geniş kollegiyaya hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2006 20:30 (UTC +04:00)

2005-ci ildə vergi orqanlarının fəaliyyətinin yekunlarına həsr olunmuş kollegiyaya hazırlıq üçün vergilər nazirliyinin struktur bölmələrində və yerli orqanlarında zona müşavirələri keçirilir. Trend nazirliyin məlumatına istinadən bildirir ki, yanvarın 23-də vergi daxilolmalarının ilkin araşdırılması Departamentində, eləcə də Əli Bayramlıda 5,6 və 8 ərazi vergi idarələrində zona müşavirələri keçirilib.

Vergi daxilolmalarının ilkin araşdırılması Departamentində keçirilən görüşdə ötən il vergidə qanun pozuntuları ilə mübarizəyə dair aparılmış işlər və 2006-cı ildə qarşıya qoyulan vəzifələr müzakirə edilib. Araşdırma işinə, operativ-axtarış tədbirlərinə müsbət qiymət verilib. Araşdırılması başa çatmış cinayət işlərindən dövlət büdcəsinə daxilolmalar bunun təsdiqidir. 2004-cü illə müqayisədə 1,8 dəfə artım qeydə alınıb.

Eyni zamanda, bu sahədə nöqsanlar da vardır və görüşdə bunların ləğv edilməsi üçün planlaşdırılmış tədbirlər də müzakirə edilib.

Ərazi vergi idarələrində keçirilmiş görüşdə yerli vergi orqanlarının 2005-ci ildəki fəaliyyəti və görülən işlər nəzərdən keçirilib.

Tədbirlərdə vergilər Nazirliyinin rəhbərliyi də iştirak edib.

Xəbər lenti

Xəbər lenti