...

Azərbaycan Baytarlıq Xidməti qan nümunələrini təhlil etmək üçün regionlarda laboratoriya yaratmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2006 16:11 (UTC +04:00)

Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidməti qan nümunələrini təhlil etmək üçün regionlarda əlavə laboratoriyalar yaratmağı planlaşdırır. Trend in xəbər verdiyi kimi, bu barədə Dövlət Baytarlıq Xidmətinin başçısı İsmayıl Həsənov məlumat verib.

"Hazırda mərkəzi laboratoriyada analiz aparmaq üçün hər cür şərait var, lakin regionldarda belə laboratoriyalar olmadığından bu, işləri çətinləşdirir və ən əsası, buna çox vaxt sərf olunur", - deyə o vurğulayıb.

İ.Həsənov hesab edir ki, bu məsələ regionlarda laboratoriyaların yaradılması ilə həll oluna bilər. "Baytarlıq Xidmətinin 10 zona laboratoriyası var və regionlarda 4 laboratoriyanın yaradılması və s. planlaşdırılır", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti