...

Bakıda 1481 bina mərkəzi istilik sistemi ilə təmin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2006 13:35 (UTC +04:00)

Bakıda 1481 bina mərkəzi istilik sistemi ilə təmin olunub. Bu barədə Trend ə "Azəristiliktəchizat" SC-dən məlumat verilib. Keçən il 988 bina bu sistemlə təmin olunmuşdu. Bakıda istilik sistemi ilə təmin olunmalı cəmi 3000 bina var.

Hazırda SC evlərin istiliklə təmin olunması üçün infrastrukturun bərpası ilə məşğuldur.

SC nümayəndələrinin qeyd etdiyi kimi, hava şəraitinin pisləşməsi ilə əlaqədar evlərə istiliyin verilmə temperaturu artıb. Bu, ümumi sərinləşmə və ya temperaturun aşağı düşməsi zamanı aparılan standart prosedurdur.

Xəbər lenti

Xəbər lenti