...

ÜDM-də xarici borc payı 12,6% təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2006 16:50 (UTC +04:00)

İlkin məlumatlara görə, Azərbaycanın 2005-ci ilin yekunlarına əsasən xarici borcunun ümumi həcmi $1,630 mlrd. Təşkil edib. Bu barədə Trend ə maliyyə Nazirliyində bildirilib. ÜDM-də xarici borc payı 12,6% təşkil edir.

İmzalanmış kredit sazişlərinə əsasən, hökumətin zəmanəti ilə alınmış xarici borcların həcmi 2006-cı ilin əvvəlində $3,7 mlrd. Təşkil edib. Bütünlükdə, 2005-ci il ərzində planlaşdırıldığı kimi, xarici mənbələrdən $1'2 mlrd. Məbləğində kreditlər götürülüb. Bu hədd ötən ilin büdcə proqnozlarına yenidən baxılmada üç dəfə artırılıb. Berə artım TRA¬SE¬CA proqramı çərçivəsində kreditlərin cəlb edilməsi, Bakıdan Rusiya, Gürcüstan və İran sərhədinədək avtomobil magistallarının çəkilməsinə maliyyələşdirmə planları ilə bağlı olaraq məqsədəuyğun hesab edilir.Bundan başqa, xarici borcların həcmi energetika kompleksinin inkişafı Dövlət proqramının gerçəkləşdirilməsi ilə bağlı olaraq da artırılıb.

Ötən il Azərbaycana 15 layihə üzrə cəmi 21 kredit xətti açılıb. Ən iri kreditlər Sumqayıtda 506 MVt gücündə BQQ-nin inşası layihəsinə (Almaniya Bayerische Landesbank sindikatlaşdırılmış maliyyələşmə təqdim edib) $390 mln., "Şimal" DRES-in yenidən qurulması üçün (Yaponiyanın JBIC beynəlxalq əməkdaşlıq bankı) $280 mln., Bakıdan Rusiya sərhədinədək avtomobil magistralının yenidən qurulması (Çexiya Eksimbank) $180 mln., Bakı-Samur avtomobil yolu (AYİB) $100 mln. və s. həcmdə kreditlər cəlb edilib.

Xəbər lenti

Xəbər lenti