...

Fevralda Azərsun Holding şəkər zavodunu istismara verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2006 19:19 (UTC +04:00)

Bu ilin fevralında Azərsun Holding İmişlidə ilk şəkər zavodunu istismara verməyi planlaşdırır. Bu barədə Trend ə holdinqdə bildirilib. Zavodda avadanlığın quraşdırılması başa çatdırılıb və sınaq aparılır.

Bundan başqa, hazırda şirkət qənd istehsalı prosesində tətbiq edilməsi üçün 15 min ton şəkər çuğunduru ehtiyatına malikdir.

Bu layihəyə qoyulmuş sərmayə məsələsinə toxunularaq müəssisədə qeyd olunub ki, bu günkü gündə həmin rəqəm təxminən $80 mln. təşkil edir.

"Müəssisənin istehsal gücü gündəlik 5 min ton qənd təşkil edəcək" -deyə Azərsun-da bildirilib.

1992-ci ildə yaradılmış Azərsun Holding-in əməkdaşlarının sayı bu gün 3 min nəfərdən çoxdur.

Xəbər lenti

Xəbər lenti