...

Kənd təsərrüfatı naziri AYİB-in Bakı nümayəndəliyinin rəhbəri ilə görüşəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2006 13:23 (UTC +04:00)

Kənd təsərrüfatı naziri İsmət Abasov yanvarın 27-də Avropa Yenidənqurma və İnkişaf bankının (AYİB) Bakı nümayəndəliyinin rəhbəri Reymond Konveylə görüşməyi planlaşdırır. Bu barədə Trend ə dövlət strukturunda məlumat verilib.

Nazirlikdən o da bildirilib ki, görüş əsasən tanışlıq xarakteri daşıyır. Bundan başqa səfər zamanı əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi də planlaşdırılır.

"İndiyə kimi AYİB-lə kənd təsərrüfatı sahəsində hər hansı layihə həyata keçirilməyib", - deyə nazirlikdən qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti