...

"TuranAlem"ə nümayəndəlik üçün icazə verilməsi ona Azərbaycan bankının alınması üçün zəmanət olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2006 15:00 (UTC +04:00)

Qazaxıstanın "TuranAlem" bankının işçi payın alınması ilə vasitəsilə Azərbaycanın bank sektorunda iştiraka dair planları Azərbaycan Milli Bankından nümayəndəliyin açılması ilə bağlı icazənin alınmasının yubanması ilə əlaqədar ləngiyir. "İcazə alınmayana kimi, AMB-nın Azərbaycan bankına nəzarət paketini almağa icazə verəcəyinə necə zəmanət vermək olar", - deyə "TuranAlem" bankının Bakıdakı nümayəndəliyinin başçısı Aidə Sultanovanın Trend ə verdiyi məlumatda bildirilir. Bununla yanaşı, o, AMB-nın ölkənin bank sistemində xarici sərmayədarları qarşılamağa hazır olduğunu bəyan etdiyinə görə, problemin olmyacağını ehtimal edir. "Mən düşünürəm ki, bu belə də olacaq və biz yaxın vaxtlarda nümayəndəliyin fəaliyyət göstərməsi üçün icazə alacağıq", -deyə A.Sultanova hesab edir.

Nümayəndəliyin rəsmi açılış mərasimi 2005-ci ilin avqustunda keçirilsə də bank hələ də AMB-nı icazəsini gözləyir. Lakin paralel olaraq o, işçi payın alınması üçün yerli banklarla danışıqlar aparır. Hələlik 5-10% civarında o qədər də böyük olmayan payla kifayətlənsə də, sonradan nəzarət paketinin genişləndirilməsi nəzərdə tutulub.

MDB ölkələrində mövcudluğunu genişləndirməklə bağlı planları "TuranAlem" bankı öz strategiyası çərçivəsində həyata keçirir. Zaqafqaziyada bank artıq Ermənistan və Gürcüstanda nümayəndəliklərə malikdir və o, artıq Gürcüstanda yerli bankları alacağını bəyan edib.

Xəbər lenti

Xəbər lenti