...

Hacıqabul-Kürdəmir yolunun yenidən qurulması 2007-ci ilin sentyabrında başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2006 18:09 (UTC +04:00)

Hacıqabul-Kürdəmir avtomobil yolunun yenidən qurulması layihəsinin 2007-ci ilin sentyabrında başa çatacağı nəzərdə tutulub. Hazırda İtaliyanın Todeni şirkəti yolların torpaq örtüyünün bərpasıüzrə işləri yerinə yetirir ki, bundan sonra asfalt örtüyünün çəkilişinə başlanılacaq. Bu barədə Trend ə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib.

Yolların bərpası layihəsinin reallaşdırma müddəti 2 ildir. Onun gedişində ümumi uzunluğu 85 km olan (birinci kateqoriyalı 4 zolaqlı) 3,5 km yol yenidən salınacaq. Magistralın əsas hissəsi yenidən salınacaq. Bu, iki zolaqdan ibarət ikinci dərəcəli yol olacaq.

Bundan əvvəl, Nəqliyyat Nazirliyi Avropa Bankına birinci kateqoriyadan olan yollar üçün kreditin məbləğini artırmaq xahişi ilə müraciət edib. Lakin Avropa Bankının qaydalarına görə, birinci kateqoriyalı yol sutka ərzində 7 mindən çox maşının keçdiyi trass sayılır. Bankın hesablamalarına görə, Hacıqabul-Kürdəmir yolundan sutka ərzində 4 mindən artıq avtomobil keçmir. Nazirlik daha iki zolağın tikintisi üçün danışıqlar apardığı maliyyə institutlarını cəlb etmək niyyətindədir.

Hacıqabul - Kürdəmir avtomobil yolu Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı 41 mln dollar kredit hesabına təmir olunur. Birinci kateqoriyadan olan magistralın tikintisi üçün ilkin hesablamalara görə $65 milyona yaxın vəsait lazımdır.

Xəbər lenti

Xəbər lenti