...

AYİB Azərbaycanda aqrar sahəyə investisiya qoymaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2006 18:22 (UTC +04:00)

Avropa İnkişaf və Yenidənqurma Bankı (AYİB) Azərbaycanda aqrar sahəyə investisiya qoymaq niyyətindədir. Trend in verdiyi xəbərə görə, bu barədə AYİB-in Bakı nümayəndəliyinin rəhbəri Reymond Konvey yanvarın 27-də kənd təsərrüfağtı naziri İsmət Abbasovla görüşü zamanı bəyan edib.

Görüşdə nazir AYİB nümayəndəsini ölkədə kənd təsərrüfatının prioritet sahələri barədə məlumatlandırılıb. Konvey hasilat sənayesi, taraların istehsalı və s. üzrə özəl müəssisələrdə, marketinq sahəsində, kənd təsərrrüfatı məhsullarının saxlanması üçün soyuducu kameraların istehsalında sərmayə qoymağa maraqlaranı ifadə edib.

R. Konvey Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahədə işlərin əlaqələndirilməsinə, eləcə də ölkənin bir sıra regionlarında görüşlərin keçirilməsinə kömək göstərilməsini xahiş edib.

Bundan əlavə, Nazirlikdən Trend ə verilən məlumata görə, indiyə kimi AYİB-lə birgə kənd təsərrüfatı sahəsində hər hansı bir layihə həyata keçirilməyib.

Xəbər lenti

Xəbər lenti