...

Gələn həftə BBIB-nin bank- market-meykerlərlə ikinci görüşü keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2006 20:39 (UTC +04:00)

Bakı beynəlxalq banklararası valyuta birjası (BBIB) və Azərbaycan Milli bankı ölkənin pul bazarının inkişafı ilə bağlı müzakirələr aparır. Bu barədə Trend ə birjanın rəhbəri Fərhad Əmirbəyov bildirib. "Pul bazarının inkişafı ölkənin üç əsas komponentdən - valyuta, kredit və fond bazarları - ibarət olan bütün maliyyə bazarının çox vacib mərhələsidir" -deyə o qeyd edib.

Bu gün pul bazarı öz inkişafında valyuta və fond bazarları ilə müqayisədə yenicə formalaşdırılır. AMB ilə bunun inkişafı ilə bağlı müzakirələr konstruktiv xarakter daşıyır. Birja ticarət sistemininin inkişafında, biznes mühitin yaradılmasında öz rolunu görür. Bu iş bu istiqamətdə bir sıra öhdəlikləri öz üzərinə könüllü götürməyə razı olan bir qrup banklarla birgə aparılır. Bu banklar birja ilə market-meyker sazişi imzalayıb və burada 9 bank iştirak edir.

İşçi qrupunun ilk görüşü dekabrda Nikoylbank-da keçirilib və burada AMB-nin nümayəndəsi də iştirak edib. Bu görüşdə növbəti görüşün yanvarın sonunda - fevralın əvvəlində keçirilməsi ilə bağlı razılıq əldə olunub. F.Əmirbəyov hesab edir ki, görüş yəqin ki, gələn həftə kommersiya bankları-market-meykerlərindən birində keçiriləcək.

Milli bank bu görüşlərdə müşahidəçi qismində iştirak edir, amma birjanı dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti